31 Avqust 2023, 13:44
FUTBOL
"Araz-Naxçıvan"la bağlı daha sərt addım atılıb. Belə ki, komandanın köməkçi məşqçisi Əfran İsmayılov oyun bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 2 matçlıq cəza alıb. Bunun 1-i şərti olacaq.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunun "Araz-Naxçıvan" – "Sumqayıt" oyununda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, görüşdə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" 700 manat cərimələnib.
"Araz-Naxçıvan"la bağlı daha sərt addım atılıb. Belə ki, komandanın köməkçi məşqçisi Əfran İsmayılov oyun bitdikdən sonra rəsmi şəxslərin tələblərinə əməl etmədiyindən, 2 matçlıq cəza alıb. Bunun 1-i şərti olacaq.
Əfran İsmayılovun hərəkəti "Araz-Naxçıvan"ı 1000 manat ziyana salıb.