Gənclər və idman naziri Fərid Qayıbov millimizin sabiq futbolçusu Əfran İsmayılovu mükafalandırıb. Matc.az xəbər verir ki, nazir oyunçunu "Azərbaycan Respublikasının İdman Ustası" dərəcəsinə layiq görüb.
Təəssüratını öyrənmək üçün Əfran İsmayılovla əlaqə saxladıq: "Bu gün mənə zəng edib, tədbirə dəvət elədilər. Sağ olsun, nazir çox xoş qarşıladı və mənə bu mükafatı layiq gördü. çox sevindim təbii ki. Məni təbrik etdi və aramızda gülərək zarafatlaşdıq da. Nazir mənə "niyə indiyə kimi qalıb bu mükafat?", "niyə gec gəlibsən?" dedi. Mən də bildirdim ki, futbol oynayan zamanlarda həm özümün məsuliyyətsizliyimdən, həm də vaxtımın az olduğundan gecikdirmişəm. Fəxri adı aldım və birinci mərhələni keçdik. Yavaş-yavaş daha yaxşı adlara doğru".
GüNAY