01 Sentyabr 2023, 20:46
FUTBOL
Berkan Kutlu karyerasını "Cenoa"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İtaliya təmsilçisi "Qalatasaray"ın futbolçusunu icarəyə götürmək istəyir. Bunun üçün klub və oyunçu ilə danışıqlara başlanılıb. Kutlununda İtaliyada oynamağa maraqlı olduğu deyilir. Berkanın İstanbul təmsilçisi ilə müqaviləsi 2026-ci ilə qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi "cim-bom"da ötən mövsüm 28 oyun keçirib və 1 qol vurub.