02 Sentyabr 2023, 00:01
FUTBOL
"Turan Tovuz" heyətinə daha bir futbolçu cəlb edir. Matc.az xəbər verir ki, bölgə təmsilçisi toqolu müdafiəçi Emmanuel Hakmanla anlaşıb.
Yaxın günlərdə Bakıya gələcək 28 yaşı futbolçu rəsmi müqaviləyə imza atacaq.
Toqo yığmasının üzvünün son klubu Serbiyada "Novi Sad" olub. Bundan əvvəlsə Portuqaliyada "Jil Visente", "Portimonense", "Boavişta" komandalarında forma geyinib.