Rusiya və Belarus idmançıları dünya çempionatında iştirak edəcək.

Matc.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb. Hər iki ölkədən Belqradda təşkil olunacaq dünya çempionatında iştirak üçün müraciət olunub. ümumilikdə 235 idmançı müraciət etsədə, sadəcə, 209 nəfərin iştirakına icazə verilib. 26 nəfər isə silahlı qüvvələr və təhlükəsizlik orqanlarına üzvlük səbəbindən rədd cavabı alıblar.

Qeyd edək ki, Rusiya və Belarus güləşçiləri dünya çempionatında neytral idmançı kimi mübarizə aparacaqlar. Onlar qızıl medal qazansa, ölkələrin himnləri səsləndirilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest