02 Sentyabr 2023, 20:34
FUTBOL
Andrey Lunyov Avropa Liqasının püşkü barədə danışıb.
Matc.az xəbər verir ki, "Qarabağ"ın yeni transferi bu barədə xarici saytlardan birinə deyib.
"4 komandanın da şansı eynidir. Hər şey bizim oyunumuzdan asılıdır. Yaxşı çıxış etsək, nəticəmiz də yaxşı olacaq".
Qapıçı transfer olunduğu "Bayer"lə rəqib olmasından da danışıb:
"Bunun üçün çox şad oldum. Emosiyalar müsbətdir. Yaxşı hazırlaşacağıq. Leverkuzen klubunun heyətində güclü oyunçular var. Düşünürəm ki, baxımlı futbol olacaq".
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bayer", "Molde" və "Hakken" ilə mübarizə aparacaq.