İngiltərə Premyer Liqasında rekord göstərici qeydə alınıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. çempionatda çıxış edən klublar yay transfer dönəmində 2,4 milyard funt-sterlinq xərcləyiblər. Bu isə rekord göstərici deməkdir.

Transfer baxımından ən fəal klub 434,5 milyon funt-sterlinqlə "çelsi" olub.  "Mançester Siti" (216 milyon) ikinci, "Tottenhem" (212 milyon) üçüncü, "Arsenal" (208 milyon) isə dördüncü yerin sahibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest