Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Hücumçu "Hatayspor" ilə anlaşıb. Futbolçunun transferinin yaxın saatlarda açıqlanacağı gözlənilir. Keçid üçün qarşı tərəfə 1 milyon avro ödənildiyi deyilir.

Qeyd edək ki, Renatın "Qrasshopper"lə müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest