25 Sentyabr 2023, 19:37
FUTBOL
"Atletiko" azarkeşləri La Liqanın 6-cı turunda "Real"la oyunu öncəsi stadionun yaxınlığında qaradərili qızı və onun anasını təhqir ediblər.
Matc.az xəbər verir ki, uşağın üzərində Madrid klubunun hücumçusu Vinisius Juniorun adı yazılmış "Real" köynəyi olub. Ultraslar təhqiredici sözlər qışqırmağa və meymun səsləri çıxarmağa başlayıblar. Nəticədə qız anasının qucağında ağlayıb. La Liqa insidentlə bağlı şiddətlə mübarizə komissiyasına məlumat verəcək. Liqa hadisənin görüntülərini əldə edib və indi daha ətraflı öyrənmək üçün ailə ilə əlaqə saxlamağa çalışır.
Xatırladaq ki, Madrid derbisi "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.