Rusiya millisinin Kamerunla keçirəcəyi yoldaşlıq görüşü FİFA reytinqində nəzərə alınacaq. Matc.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı (RFU) bəyanat yayıb.
 
Bildirilib ki, oktyabrın 12-də Moskvadakı "VTB Arena"da baş tutacaq qarşılaşmanın nəticəsi reytinqə öz əksini tapacaq: "Rusiya - Kamerun matçı FİFA-nın reytinq cədvəlinə daxil ediləcək. Oyunda 5 əvəzetmə olacaq. Ciddi zədə olarsa, daha bir dəyişiklik etmək mümkün olacaq".
 
Qeyd edək ki, FİFA və UEFA ötən ilin fevralında Rusiya millisinin beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub. Ruslar FİFA pəncərəsində son rəsmi görüşünü 2021-ci il noyabrın 14-də keçirib. Həmin vaxt komanda Dç-2022-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest