17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatı - 2024-ün seçmə mərhələsində mübarizəyə start verib. Matc.az saytı xəbər verir ki, yığmamız turnirdə ilk oyununu keçirib.
 
B Liqasının 3-cü qrupunda yer alan komandamız Lüksemburqla qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qol 75-ci dəqiqədə vurulub.
 
Qrupun digər qarşılaşmasında Xorvatiya Maltanın qapısından 8 cavabsız top keçirib.
 
Qeyd edək ki, U-17 qızlar qrupda ikinci oyununu oktyabrın 5-də Xorvatiyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest