26 Noyabr 2023, 12:14
FUTBOL
"Napoli" İtaliya A Seriyasının XIII turunda səfərdə "Atalanta"nı məğlub edib (2:1). Həmin qarşılaşma birincilərin futbolçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.
"Napoli" İtaliya A Seriyasının XIII turunda səfərdə "Atalanta"nı məğlub edib (2:1). Matc.az xəbər verir ki, həmin qarşılaşma birincilərin futbolçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.
Belə ki, gürcü oyunçu keçən mövsümdən bu yana Avropanın TOP-5 liqasında ən azı 18 qol vuran və eyni sayda məhsuldar ötürmə edən 6-cı futbolçu olub.
Sözügedən statistikada qərarlaşan digər futbolçular:
1. Məhəmməd Salah – 42 qol, 21 məhsuldar ötürmə ("Liverpul");
2. Vinisius Junior – 29 qol, 25 m/ö ("Real");
3. Antuan Qrizmann – 28 qol, 20 m/ö ("Atletiko");
4. Bukayo Saka – 21 qol, 20 m/ö ("Arsenal");
5. Lionel Messi – 21 qol, 20 m/ö (PSJ, "İnter Mayami").
Xatırladaq ki, Xviça daha 3 qol vursa Messini qabaqlayacaq.