"Fürsət olduğu zaman ondan yararlanmaq lazımdır. Komandamın bu oyunda necə çıxış edəcəyi mənə çox maraqlı idi".

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının XIII turunun "Brentford"la oyunundan sonra (1:0) açıqlama verib. Matc.az xəbər verir ki, o, qələbə layiq olduqlarını söyləyib:
 
"Fürsət olduğu zaman ondan yararlanmaq lazımdır. Komandamın bu oyunda necə çıxış edəcəyi mənə çox maraqlı idi. Artıq havalar çox soyuq keçir. Hər şeyə rəğmən komandamın oyun tərzini bəyəndim.
 
Qələbəyə layiq idik. Qalib gəlməyi sevirəm. Hazırda yarışın lideriyik, yəni olmaq istədiyimiz yerdəyik. "Brentford"la oyun həm də "Arsenal"ın çalışdırıcısı kimi yubiley matçımı keçirdiyim üçün (200-cü oyun) əlamətdar oldu. Hər kəsə təşəkkür edirəm".
 
"Topçular" hazırda ölkə çempionatının turnir cədvəlində 30 xalla birincidir. Onların ən yaxın izləyicisi 29 xalla "Mançester Siti"dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest