"Milan" İtaliya A Seriyasının XIII turunda "Fiorentina"nı məğlub edib (1:0). Həmin oyun "qırmızı-qaralar"ın gənc futbolçusu Françesko Kamarda üçün əlamətdar olub. Belə ki, o, İtaliya çempionatında meydana çıxan ən gənc futbolçu (15 yaş 8 aylıq) olub.

"Milan" İtaliya A Seriyasının XIII turunda "Fiorentina"nı məğlub edib (1:0). Matc.az xəbər verir ki, həmin oyun "qırmızı-qaralar"ın gənc futbolçusu Françesko Kamarda üçün əlamətdar olub.
 
Belə ki, o, İtaliya çempionatında meydana çıxan ən gənc futbolçu (15 yaş 8 aylıq) olub. İtaliyalı sözügedən qarşılaşmanın bitməsinə 5 dəqiqə qalmış meydana çıxıb.
 
Öncədən A Seriyası tarixində debüt edən ən gənc futbolçu Uisdom Amey olub (15 yaş 9 aylıq). Hazırda o, "Bolonya"nın 19 yaşlı oyunçulardan ibarət komandasında top qovur.
 
Xatırladaq ki, Kamarda cari mövsüm "Milan"ın 19 yaşlı futbolçulardan təşkil edilmiş komandasında 13 oyuna 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest