"İnter"in yarımmüdafiəçisi Henrix Mxitaryanın agenti Rafaela Pimenta futbolçunun klubla müqaviləsini uzatması barədə danışıb. Matc.az xəbər verir ki, o, erməni futbolçunun Milan təmsilçisi ilə yeni sözləşmə imzalayacağını deyib:
 
"İnter"lə yeni müqavilə imzalamağa hazırıq. Yalnız xırda məsələlərin müzakirəsi qalıb. Onlar da danışıldıqdan sonra sözləşməyə imza atılacaq".
 
34 yaşlı Henrix ötən ilin yayından "İnter"də forma geyinir. Cari mövsüm o, 16 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest