26 Noyabr 2023, 14:52
FUTBOL
"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının XIII turunun "Fiorentina" ilə görüşünü (1:0) dəyərləndirib. Matc.az xəbər verir ki, o, komandasının qələbəsizlik seriyasında sonra əldə etdiyi 3 xal haqda bunları deyib:
"Fiorentina" ilə oyunun "Milan"da baş məşqçi kimi son matçımın olacağını düşünmürdüm. Risklərin də, bir ay ərzində bir dəfə də olsun qalib gəlməməyin nə olduğunu bilirəm. Həmişə qarşıdakı oyunlar haqda düşünürəm. Çərşənbə axşamı mövsümün ən vacib oyunu bizi gözləyir".
"Milan" "Fiorentina"nı məğlub etməklə A Seriyasında 4 oyunluq qələbəsizlik seriyasına (2 heç-heçə, 2 məğlubiyyət) son qoyub. "Qırmızı-qaralar" hazırda ölkə çempionatının turnir cədvəlində 26 xalla üçüncüdür.
Piolinin komandası noyabrın 28-də Çempionlar Liqasının V turu çərçivəsində növbəti oyununa çıxacaq. Onlar F qrupunda 5 xalla 3-cü yerdə qərarlaşıblar.