26 Noyabr 2023, 16:41
FUTBOL
Almaniya Bundesliqasının XII turu çərçivəsində baş tutan "Ayntraxt – "Ştutqart" (1:2) qarşılaşmasından öncə iğtişaş yaşanıb. Matc.az xəbər verir ki, birincilərin azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşma nəticəsində 50-yə yaxın polis əməkdaşı yaralanıb.
Toqquşma oyun başlamadan öncə, stadionun girişində baş verib. 4 polisə xəstəxanada tibbi yardım göstərilib. İğtişaş nəticəsində xilasedicilər və bəzi azarkeşlər də xəsarət alıblar.
Xatırladaq ki, "Ştutqart" qələbə qazanıb və 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Ayntraxt" isə 18 xalla 7-ci pillədə qərarlaşıb.