26 Noyabr 2023, 17:02
FUTBOL
"Qazaxıstan Futbol Federasiyasının mənə təqdim etdiyi etdiyi hədiyyə üçün minnətdarlığımı bildirirəm! Özümü bu hədiyyəyə qismən layiq görmürəm. Çünki komanda olaraq azarkeşlərə istədikləri nəticəni verə bilmədik".
Qazaxıstan Futbol Federasiyası yığmanın baş məşqçisi Məhəmməd Adıyevə avtomobil hədiyyə edib. Matc.az xəbər verir ki, buna səbəb sözügedən millinin AVRO-2024-ün seçmə qrup mərhələsindəki sərgilədiyi performans olub.
Rəsmi sosial şəbəkə hesabında yeni avtomobilinin açarını paylaşan mütəxəssis bu sözləri yazıb:
"Qazaxıstan Futbol Federasiyasının mənə təqdim etdiyi etdiyi hədiyyə üçün minnətdarlığımı bildirirəm! Özümü bu hədiyyəyə qismən layiq görmürəm. Çünki komanda olaraq azarkeşlərə istədikləri nəticəni verə bilmədik. Məşqçilər korpusu ilə birlikdə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Qarşıda bizi çox iş gözləyir. Bütün səylərimizi birləşdirəcək və uğurlu nəticə qazanmağa çalışacağıq. Mənə təqdim edilən hədiyyəni çox yüksək qiymətləndirirəm. Bu, təkcə məni motivasiya etməyəcək. Eyni zamanda, Qazaxıstan xalqı qarşısında olan məsuliyyətimi tez-tez xatırladacaq. Bizə inandığınız və dəstək olduğunuz üçün təşəkkür edirəm!"
Qazaxıstan AVRO-2024-ün seçmə qrup mərhələsini 18 xalla 4-cü pillədə tamamlayıb. Onlar yarışın final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda Yunanıstanla qarşılaşacaqlar.