26 Noyabr 2023, 19:40
FUTBOL
İspaniya çempionatının 14-cü turunda “Atletiko” – “Malyorka” oyunu keçirilib.
Matc.az xəbər verir ki, görüş madridlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 64-cü dəqiqədə Antuan Qrizmann vurub . Fransız üçün bu, komandasının 170-ci qoludur. Qrizmann “Atletiko”da qol sayına görə üçüncü olan Adrien Eskuderonu (169) qabaqlayaraq ikinci yerə yüksəlib. Yalnız Luis Araqones daha çox qol vurub (173).