“Tottenhem”, “Barselona” və İngiltərə millisinin sabiq baş məşqçisi Terri Venables 81 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ölümün səbəbləri barədə informasiya verilməyib. İngiltərə klubu bəyanatında yazıb: “Klub keçmiş oyunçu və komandanın baş məşqçisi Terri Venablesin vəfat etdiyini öyrənməkdən dərin kədərləndi. Bu inanılmaz çətin zamanda Terrinin dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Hörmət əlaməti olaraq, başlamazdan əvvəl bir dəqiqəlik alqışlar səsləndirdik və oyunçularımız bugünkü Premyer Liqada “Aston Villa” ilə matçda qara sarğı taxıblar".

Qeyd edək ki,  Venables “Kristal Palas”, “Queens Park Rangers”, “Tottenham” , “Lids”, “Barselona”, İngiltərə və Avstraliya yığmalarını çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest