26 Noyabr 2023, 21:40
FUTBOL
“Birmingem” – “Şeffild” (2:1) arasında keçirilən Çempionşip dueli zamanı polis iki yeniyetməni saxlayıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Gənclər görüş boyu duelin baş hakimi Rebekka Uelçi təhqir edən şüarlar səsləndiriblər. Bu şüarların cinsinə görə ayrıseçkilik xarakteri daşıdığı qeyd edilir. Polis yeniyetmələri saxlayıb. Lakin onlara qarşı hansı sanksiyaların tətbiq olunduğu açıqlanmayıb.