"Barselona"nın müdafiəçisi Sergi Roberto yenidən komanda ilə məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oktyabrın ortalarında 31 yaşlı ispaniyalı sağ ayağının alt əzələsindən zədə alıb və o vaxtdan bəri meydançada oynamayıb. Bu mövsüm müdafiəçi kataloniyalıların heyətində 6 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, Sergi Roberto "Barselona"nın yetirməsidir və bütün karyerasını bu klubda keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest