27 Noyabr 2023, 09:52
FUTBOL
Komanda bütün görüşlərini Ayxan Abbasovun rəhbərliyi altında keçirib. Bunun 24-ü ev, 26-sı səfər qarşılaşmasına təsadüf edib.
“Turan Tovuz” Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb. Matc.az xəbər verir ki, Premyer Liqanın XIV turunda “Qəbələ”nin qonağı olan tovuzlular 50-ci qarşılaşmasını keçirib.
Qərblilər bu dueldə rəqibinə 0:4 hesabı ilə məğlub olub. Komanda Premyer Liqada ötən mövsüm debüt edib. Bu müddətdə 14 qələbə, 12 heç-heçə, 24 məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə 57 qol vuran Tovuz təmsilçisi öz qapısından 71-ni buraxıb.
Komanda bütün görüşlərini Ayxan Abbasovun rəhbərliyi altında keçirib. Bunun 24-ü ev, 26-sı səfər qarşılaşmasına təsadüf edib.
Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatında 50 və daha çox oyun keçirən 46-cı komandadı.