27 Noyabr 2023, 10:11
FUTBOL
Premyer Liqanın XIV turunda “Turan Tovuz”u 4:0 hesabı ilə məğlub edən “Qəbələ”də Bilel Auaşeriya het-trikə imza atıb. Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi cari mövsüm bir görüşdə rəqib qapısına 3 dəfə yol tapan 3-cü oyunçudu.
Bu isə son 5 mövsümün rekord göstəricisidi. Ona qədər “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia və “Sabah”ın hücumçusu Davit Volkov het-triklə yadda qalıb. Axırıncı dəfə 2018-19 mövsümündə 3 het-trik olub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir dəfə bunu bacarıb.
Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə baş tutub. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.