27 Noyabr 2023, 10:33
FUTBOL
Luka Modriç 35 yaşdan sonra keçirdiyi oyun sayına görə “Real”da rekorda imza atıb. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi son olaraq La Liqanın XIV turunda “Kadis”lə (3:0) görüşdə iştirak edib.
O, 35 yaşdan sonra “kral klubu”nun heyətində 161-ci matçına çıxıb. Bu göstəriciyə görə Modriç 1986-1997-ci illərdə “Real”da çıxış etmiş qapıçı Fransisko Buyonu (160) qabaqlayıb.
Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”ın formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib.