“Mançester Yunayted” Premyer Liqada unikal rekorda imza atıb. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” çempionatda 500-cü dəfə qapısını toxunulmaz saxlayan ilk komandadı.
 
Erik ten Haqın yetirmələri Premyer Liqanın XIII turunda səfərdə “Everton”a 3:0 hesabı ilə qalib gəlib. Bu, “Mançester Yunayted”in 500-cü “quru” matçı olub. Bu göstəricidə ikinci yerdə “Çelsi” (476), üçüncü pillədə isə “Liverpul” (460) qərarlaşıb.
 
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 24 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest