“Bornmut”un futbolçusu Castin Klyuvert Premyer Liqada debüt qolunu vurub. Matc.az xəbər verir ki, o, səfərdə “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə 2-ci qolun müəllifi olub.
 
Klyuvert bundan əvvəl “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya”nın heyətində ölkə çempionatlarında qol vurub. 24 yaşlı niderlandlı bununla XXI əsrdə Avropanın “böyük beşlik” ölkələrinin hamısında qol vurmağı bacaran ikinci futbolçu olub.
 
Bu uğura imza atan ilk oyunçu monteneqrolu Stevan Yovetiç olub. “Fiorentina”, “Mançester Siti”, “İnter”, “Sevilya”, “Monako” və “Herta”da fərqlənməyi bacaran 34 yaşlı forvard hazırda “Olimpiakos”da çıxış edir.
 
Qeyd edək ki, Castin Klyuvert “Bornmut”a yayda “Roma”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest