“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya La Liqasının XIV turunda “Real Sosyedad”la oyunun son dəqiqələrində qırmızı vərəqə alıb. Matc.az xəbər verir ki, bu, ulduz futbolçunun İspaniya çempionatlarında 21-ci qırmızı vərəqəsi olub.
 
Ramos bununla ölkə çempionatında yeni rekorda imza atıb. O, bu yay 18 ildən sonra “Sevilya”ya qayıdıb. Əndəlüs təmsilçisi “Real Sosyedad”a 1:2 hesabı ilə uduzub.
 
Qeyd edək ki, 37 yaşlı müdafiəçi yayda PSJ-dən ayrıldıqdan sonra azad agent kimi sabiq komandasına dönüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest