“Real”ın yarımmüdafiəçisi Cud Bellingem komandasının heyətində bu mövsüm 14-cü qolunu vurub. Matc.az xəbər verir ki, yarımmüdafiəçi son olaraq 14-cü turda “Kadis”lə səfər görüşündə fərqlənib.
 
Bununla ingiltərəli orta sahə oyunçusu klub tarixinə düşüb. İndiyə qədər heç kim “Real”da ilk 15 matçda bu qədər qol vurmamışdı. Buna qədər rekord 13 qolla Kriştiano Ronaldo və Alfredo Di Stefanoya məxsus idi.
 
Qeyd edək ki, “Real” səfərdə “Kadis”i 3:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest