27 Noyabr 2023, 13:44
FUTBOL
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” ilə səfər oyunu öncəsi son məşqini Bakıda keçəcək. Matc.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov sabah saat 18:30-da “Azersun Arena”da komandaya hazırlıq keçəcək.
Həmin məşqin ilk 15 dəqiqəsi isə media nümayəndələri üçün açıq olacaq. Çalışdırıcının mətbuat konfransı isə Norveçdə reallaşacaq. Noyabrın 29-da keçiriləcək konfrans Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda keçiriləcək “Molde” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.