27 Noyabr 2023, 16:05
FUTBOL
“Real” rəhbərliyi “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, “kral klubu” argentinalı forvardı qış fasiləsində almayacaq.
İkardinin cari mövsümdəki performansı ispanları heyran edib. Buna baxmayaraq, klub 30 yaşlı forvard üçün Türkiyə klubuna təklif göndərməyəcək. Rəhbərlik “Palmeyras”dan transfer edilən braziliyalı Endrikin yayda gəlişini gözləyir.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 16 qol vurub, 5 məhsuldar ötürmə verib.