27 Noyabr 2023, 16:32
FUTBOL
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Porto” ilə keçiriləcək oyunu buraxacaq. Matc.az xəbər verir ki, bu barədə RAC1 kanalı məlumat yayıb.
Bildirilib ki, almaniyalı qolkiperi bel ağrısından əziyyət çəkir. 31 yaşlı oyunçu komandanın bugünkü məşqində iştirak etməyib. Bu üzdən məşqçilər korpusu onu riskə atmamaq qərarına gəlib.
Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – “Porto” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.