"Liverpul"un və Misir millisinin hücumçusu Məhəmməd Salah şahmata olan həvəsindən danışıb.

Matc.az xəbər verir ki, Salah keçmiş dünya çempionu norveçli Maqnus Karlsenlə oynamaq istədiyini etiraf edib. O açıqlamasında deyib: “Mən şahmat oynayıram. Bu oyundan asılıyam. Mən sözün əsl mənasında hər gün oynayıram. Mən Maqnus deyiləm, amma yaxşı oynayıram. Maqnusla heç kimin şansı yoxdur. Amma ümid edirəm ki, bir gün oynayacağıq”.

Bundan sonra Karlsen sosial şəbəkələrdən birində Salahı işarələyərək yellənən əlin emojisini qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest