“Qranada”nın baş məşqçisi istefa verib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pako Lopezin əvəzinə komandaya daha əvvəl Uruqvay “Nasional”, Braziliyanın “İnternasional”, eləcə də Argentinanın “Talleres” və “Velez Sarsfild” komandalarına başçılıq etmiş Aleksandr Medina rəhbərlik edəcək.

Qeyd edək ki, hazırda "Qranada" 14 matçdan sonra 7 xalla La Liqanın turnir cədvəlində 19-cu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest