“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Leypsiq”lə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının ya qalib gəlməli, ya da heç-heçə etməli olduğunu bildirib: “Hər iki komanda üçün seçmə mərhələnin birinci mərhələsi başa çatıb və rəqibi təbrik edirik. Amma həm prestij baxımından, həm də 1/8 final mərhələsinin cavab oyununu evdə keçirmək üçün qrupda birinci olmaq vacibdir. Bu, həlledici olmasa da, bizə cüzi üstünlük verir. Stadion həmişə doludur və biz əlimizdən gələni etməliyik. Azarkeşlərimizə enerji vermək üçün mümkün qədər çox şans yaratmalıyıq. Komanda çox yaxşı oynayır və ümid edirəm ki, azarkeşlər oyundan həzz ala biləcəklər”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest