“Barselona” rəhbərliyi Qarsiya Pimientanı baş məşqçi təyin etmək variantını nəzərdən keçirir. Matc.az “TodoFichajes” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi komandanın nəticələri və oyunu yaxşılaşmasa, yaxın vaxtlarda Xavini istefaya göndərə bilər.

Belə olan halda, ispaniyalı mütəxəssisin yerinə ilk namizəd hazırda “Las Palmas”a başçılıq edən Pimienta olacaq.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlində dördüncü yerdədir. Kataloniyalıların 14 turdan sonra 31 xalı var.

Xatırladaq ki, Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest