"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin V turunun "Borussiya" (Dortmund) ilə qarşılaşmasını (1:3) şərh edib. Matc.az xəbər verir ki, o, növbəti mərhələyə çıxmaq şanslarını dəyərləndirib:
 
"Qol epizodlarımız oldu. Rəqib yaratdığı fürsətlərdən maksimum yararlandı. Məyusuq. Elə epizodlardan yararlana bilmədik ki...Pley-offa çıxmaq şansımız azdır. Sonuncu tur "Nyukasl"la görüşdə qələbə qazanmağa çalışmalıyıq".
 
Xatırladaq ki, "qırmızı-qaralar" F qrupunda 5 xalla sonuncu, "Borussiya" isə 10 xalla liderdir. Almaniya təmsilçisi artıq adını növbəti mərhələyə yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest