İngiltərənin "Mançester Yunayted" klubu "Latsio”nun qapıçısı İvan Provedellə maraqlanır.

Matc.az xəbər verir ki, qapıçı Andre Onananın oyunundan narazı qalan komanda Provedeli gələn yay almaq niyyətindədir. "Latsio" rus köklü qapıçı üçün 35 milyon avro qiymət qoyub. Bu mövsüm 29 yaşlı İvan Provedel “Latsio”nun heyətində 18 oyun keçirib və 20 qol buraxıb. Sentyabr ayında Provedel Çempionlar Liqası matçında İspaniyanın "Atletiko" klubuna qol vuraraq bütün dünyada məşhurlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest