"Sevilya"nın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində PSV ilə dueldə qol vurub.

Matc.az xəbər verir ki, bu qol turnirin müasir tarixində (1992-ci ildən) 10 000-ci qol idi.

Qeyd edək ki, Ramos 2013-cü ildə "Mançester Yunayted"ə qarşı "Real"ın heyətində avtoqol vuraraq Çempionlar Liqası tarixində 6000-ci qolu vurub.

Xatırladaq ki, PSV üçüncü dəfə Çempionlar Liqası tarixində yubiley qolları siyahısında görünür - Dmitri Xoxlov 1998-ci ildə komandanın heyətində 1000-ci, Piter Krauç isə 2007-ci ildə PSV qarşısında 4000-ci qolu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest