Dünya çempionu Lionel Messi Amerikanın “CBS Sports” kanalında yayımlanan verilişə qonaq olmaq təklifini “Liverpul”un keçmiş futbolçusu Ceymi Karraqerin iştirak etdiyinə görə rədd edib.

Matc.az xəbər verir ki, bunu verilişin aparıcısı Keyt Hebdo deyib: “Bilirsiniz ki, biz “İnter”ə rəsmi dəvət göndərdik və ondan şouya gəlməsini istədik. Aydın idi ki, Lionel Messi Ceymi Karraqerin yer aldığı heç bir televiziya şousunda iştirak etmir. Şansımızı yoxlamaq istəyirdik”.

Vaxtilə Karraqer PSJ-ni Çempionlar Liqasındakı zəif çıxışına görə tənqid etmişdi. Buna cavab olaraq argentinalı ingilisə şəxsi mesaj göndərərək onu uzunqulaq  adlandırıb. Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Bu yay o, 2025-ci ilin sonuna qədər müqavilə imzalayaraq “İnter”ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest