01 Dekabr 2023, 13:03
FUTBOL
1992/93 mövsümündən bu yana Çempionlar Liqası turnirində qol vuran ən gənc argentinalı futbolçuların siyahısı yenilənib. Zirvədə hazırda "İnter Mayami" forması geyinən Lionel Messi qərarlaşıb (18 yaş 4 aylıq 9 günlük).
1992/93 mövsümündən bu yana Çempionlar Liqası turnirində qol vuran ən gənc argentinalı futbolçuların siyahısı yenilənib. Matc.az xəbər verir ki, zirvədə hazırda "İnter Mayami" forması geyinən Lionel Messi qərarlaşıb (18 yaş 4 aylıq 9 günlük).
İkinci yerdə "Real"dan Niko Paz (19 yaş 2 aylıq 21 günlük), "Mançester Yunayted"dən isə Alexandro Qarnaço (19 yaş 4 aylıq 29 günlük) yer alır:
1. Lionel Messi – 18 yaş 4 aylıq 9 günlük ("Barselona");
2. Niko Paz – 19 yaş 2 aylıq 21 günlük ("Real");
3. Alexandro Qarnaço – 19 yaş 4 aylıq 29 günlük ("Mançester Yunayted");
4. Xavyer Saviola – 19 yaş 9 aylıq 7 günlük ("Barselona");
5. Serxio Aquero – 20 yaş 3 aylıq 14 günlük ("Atletiko");
6. Lukas Okampos – 20 yaş 4 aylıq 15 günlük ("Monako");
7. Conatan Silva – 20 yaş 5 aylıq 11 günlük ("Sportinq");
8. Anxel Korrea – 20 yaş 6 aylıq 21 günlük ("Atletiko");
9. Maksi Lopez – 20 yaş 10 aylıq 20 günlük ("Barselona");
10. Dieqo Perotti – 21 yaş 7 aylıq 18 günlük ("Sevilya").
Xatırladaq ki, Niko və Alexandro Çempionlar Liqasının qrup mərhələsinin V turunda fərqlənməklə bu siyahıda qərarlaşıblar. Birinci pillədə yer alan Messi isə artıq Avropadan kənarda – ABŞ-də çıxış edir.