"Brayton" baş məşqçi Roberto de Zerbi ilə müqavilənin müddətini uzada bilər. Matc.az xəbər verir ki, "qağayılar" İspaniya klubu "Real"ın italiyalı ilə maraqlanmasına baxmayaraq, ona yeni sözləşmə təklif edəcək.
 
44 yaşlı mütəxəssis ötən ilin sentyabrından "Brayton"u çalışdırır. Onun komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 22 xalla 8-ci, Avropa Liqasının B qrupunda isə 2-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest