04 Dekabr 2023, 11:36
FUTBOL
İtaliya A Seriyasında XIV turun oyunları davam edir. Matc.az xəbər verir ki, üçüncü oyun günündə 5 qarşılaşma baş tutub.
Günün ən maraqla gözlənilən qarşılaşması Neapol şəhərində reallaşıb. Son çempion "Napoli" doğma arenasında "İnter"ə böyük hesabla məğlub olub. "Roma" da səfərdə aktivinə 3 xal yazdırıb. Paytaxt təmsilçisi "Sassuolo"dan güclü olub.
Tura bu gün reallaşacaq "Torino" – "Atalanta" görüşü ilə yekun vurulacaq.
İtaliya A Seriyası
XIV tur
1 dekabr (cümə)
"Montsa" – "Yuventus" 1:2
2 dekabr (şənbə)
"Cenoa" – "Empoli" 1:1
"Latsio" – "Kalyari" 1:0
"Milan" – "Frozinone" 3:1
3 dekabr (bazar)
"Leççe" – Bolonya" 1:1
"Fiorentina" – Salernitana" 3:0
"Udineze" – Verona" 3:3
"Sassuolo" – Roma" 1:2
"Napoli" – İnter" 0:3
4 dekabr (bazar ertəsi)
23:45. "Torino" – "Atalanta"