"Bu gün "Resife" ilə vidalaşıram. Hər şey üçün təşəkkürlər! Öz ölkəmdə çıxış etmək imkanı yaratdıqları üçün "Resife" rəhbərliyinə minnətdaram!"

Vaqner Lav Braziliya klubu "Resife"dən ayrılıb. Matc.az xəbər verir ki, braziliyalı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 
O, sözügedən klubla vidalaşdığını açıqlayıb:
 
"Bu gün "Resife" ilə vidalaşıram. Hər şey üçün təşəkkürlər! Öz ölkəmdə çıxış etmək imkanı yaratdıqları üçün "Resife" rəhbərliyinə minnətdaram! Bu komanda məni ailənin bir üzvü kimi qəbul etdi. Ortaq məqsədlər üçün sona qədər mübarizə apardıq. Kluba gəldiyim gündən etibarən mənə sevgi bəsləyən azarkeşlərə də təşəkkür edirəm".
 
39 yaşlı "sambaçı"nın agenti Evandro Ferreyra futbolçunun karyerasını Rusiya təmsilçisi ÇSKA-da bitirmək istədiyini deyib. Vaqner karyerası ərzində "Monako", "Alanyaspor", "Beşiktaş" kimi klublarda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest