"Klubda hər kəs kədərlidir. Suares 2023-cü ilin əvvəlindən bizimlədir. Komandaya çox kömək edib. Azarkeşlərimiz ona aşiq olublar".

"Qremio"nun baş məşqçisi Renato Qauşo hücumçu Luis Suares haqda danışıb. Matc.az xəbər verir ki, o, uruqvaylının qarşıdakı həftələrdə klubdan ayrılacağını təsdiqləyib:
 
"Klubda hər kəs kədərlidir. Suares 2023-cü ilin əvvəlindən bizimlədir. Komandaya çox kömək edib. Azarkeşlərimiz ona aşiq olublar. Luis həm oyun zamanı, həm də oyundan sonra peşəkar olduğunu sübut edib. Bəzən onun dincəlməsi üçün əvəzlənməsini istəyirdim. Lakin o, həmişə sona qədər oynamaq istəyirdi".
 
Qauşo, "Onun üçün darıxacaqsınız" sualını belə cavablandırıb:
 
"Əlbəttə. Luis hamı ilə mehriban davranır. Dünyanın ən yaxşı oyunçularından biridir. Onun kimi peşəkar biri ilə işləmək mənə həzz verdi. Növbəti mövsüm işimiz çətin olacaq. Çünki Suares kimi istedadlı və bacarıqlı oyunçu tapmaq asan deyil".
 
Xatırladaq ki, öncədən 36 yaşlı uruqvaylının MLS təmsilçisi "İnter Mayami"yə keçəcəyi haqda xəbərlər yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest