02 Dekabr 2023, 14:22
FUTBOL
"Bəzi insanlarla olan münasibətimi davam etdirib-etdirməyəcimi yenidən düşünməliyəm. Mövsümün əvvəlində verilən ümidsiz vədlər, irəli sürülən qondarma fərziyyələr tamamilə cığırdan çıxmışdı".
"Milan"ın keçmiş texniki direktoru Paulo Maldini nə üçün klubdan ayrıldığı açıqlayıb. Matc.az xəbər verir ki, o, məsələ ilə bağlı cərəyan edən hadisələrdən danışıb və konkret adlar çəkib:
"Bəzi insanlarla olan münasibətimi davam etdirib-etdirməyəcimi yenidən düşünməliyəm. Gerri Kardinal ("Milan"ın sahibi) məni səhər yeməyinə dəvət etdi və Zlatan İbrahimoviçin karyerasını bitirəcəyini söylədi. Daha sonra Rikki Massara ilə mənim işdən qovulduğumu dilə gətirdi.
Səbəbini soruşdum. O, Corco Furlani ilə ("Milan"ın baş direktoru) münasibətinin pis olduğunu dedi. Heç vaxt Furlanı Kardinala şikayət etməmişəm. Hətta o, "İnter"in ötən mövsüm Çempionlar Liqasının finalında uduzması ilə bağlı zarafat da etmişdi. Mövsümün əvvəlində verilən ümidsiz vədlər, irəli sürülən qondarma fərziyyələr tamamilə cığırdan çıxmışdı".
Xatırladaq ki, Maldininin iyunun 6-da klubun İdarə Heyətinin üzvlərindən biri ilə mübahisə etdiyi üçün qovulduğu bildirilir.