Fransa Peşəkar Futbol Liqası superkubok oyununun Parisdə yerləşən "Park De Prens" stadionunda keçiriləcəyini açıqlayıb. Həlledici qarşılaşma yanvarın 3-də baş tutacaq.

Fransa Peşəkar Futbol Liqası superkubok oyununun Parisdə yerləşən "Park De Prens" stadionunda keçiriləcəyini açıqlayıb. Matc.az xəbər verir ki, həlledici qarşılaşma yanvarın 3-də baş tutacaq.
 
Superkubok matçında 2022/23 mövsümündə Liqa 1-in qalibi olan PSJ ölkə kubokunun son qalibi "Tuluza" ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Xatırladaq ki, öncədən superkubok oyununun Taylandın paytaxtı Banqkokda keçirilməsi nəzərdə tutulmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest