02 Dekabr 2023, 15:54
FUTBOL
"Monako"nun baş məşqçisi Adolf Hütter Fransa çempionatının XIV turunun "Monpelye" ilə oyunundan öncə açıqlama verib. Matc.az xəbər verir ki, o, XIII turun PSJ ilə qarşılaşmasını (2:5) xatırladıb:
"PSJ ilə görüşü çox yaxşı təhlil etmişik. Oyun üslubumuzdan razıyam. Həmin matçda meydançada gizlənmədik, əla futbol nümayiş etdirə bildik. Çoxlu fərdi səhvlərə yol verdik. PSJ kimi rəqiblərə qarşı bu, yolverilməzdir. Problemi aradan qaldırmaq üçün çox çalışacağıq.
Futbolçularıma təzyiq etmək istəmirəm. Əksinə, onlara dəstək olmağa çalışıram. PSJ-yə məğlubiyyətdən sonra oyunçularıma onlarla fəxr etdiyimi söylədim. Çünki onlar rəqibə təslim olmaq istəmirdilər".
"Monako" - "Monpelye" qarşılaşması sabah baş tutacaq.