02 Dekabr 2023, 16:17
FUTBOL
"Son dərəcə ciddi və həssa hesab etdiyimiz hadisə baş verib. "Deportes Tolima" - "Deportivo Kali" matçının (4:2) ilk hissəsi başa çatdıqdan sonra futbolçular paltardəyişmə otağına gedərkən Teofilo Quterres qadın stüardın ombasına toxunub.
Kolumbiya klubu "Deportivo Kali"nin hücumçusu Teofilo Quterres 4 oyunluq cəzalanıb. Matc.az xəbər verir ki, buna səbəb forvardın noyabrın 26-da "Deportes Tolima" ilə görüşün (2:4) fasiləsində etdiyi xoşagəlməz hərəkət olub.
Kolumbiya liqasının İntizam Komitəsi hadisə ilə bağlı bəyanat yayıb:
"Son dərəcə ciddi və həssa hesab etdiyimiz hadisə baş verib. "Deportes Tolima" - "Deportivo Kali" matçının (4:2) ilk hissəsi başa çatdıqdan sonra futbolçular paltardəyişmə otağına gedərkən Teofilo Quterres qadın stüardın ombasına toxunub. Həmin qadın matçın təşkil edilməsi prosesində kömək etmək üçün işə cəlb edilmişdi. Quterres fasilədən qayıtdıqdan sonra eyni hərəkəti təkrarlayıb. Hadisənin şahidi matçı canlı yayımlayan şirkətin operatorlarından biri olub. O, baş verənləri təsdiqləyib".
4 oyunluq cəzalanma ilə yanaşı, Teofilo 1 milyon 5 min peso cərimələnib. "Deportivo Kali" rəsmiləri futbolçunun davranışının tamamilə yolverilməz olduğunu və şikayətlə bağlı aparılacaq məhkəmə işinin gedişatını izləyəcəklərini bildiriblər.
Quterresin bazar dəyəri hazırda 200 milyon avrodur. O, "Deportivo Kali"nin heyətində 30 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Kolumbiyalı öncədən "Sportinq", "Trabzonspor", "River Pleyt" kimi klublarda da çıxış edib.