“Milan"ın keçmiş texniki direktoru Paolo Maldini klubdan ayrımağından danışıb.

Matc.az xəbər verir ki, əfsanəvi müdafiəçisi postunu 2023-cü ilin yayında tərk edib. O, bu barədə yerli mətbuata danışıb:  “Milan” rəhbərliyi Çempionlar Liqasını qazanmaq üçün layihə tələb etdi. Mən onlara təqdim etdim. Lakin onlar mənə heç vaxt cavab vermədilər, çünki klubun sahibi artıq məni işdən çıxarmaq qərarına gəlmişdi. Mən uğursuz De Ketelare transferi ilə bağlı tənqidləri görmüşəm. Lakin yaxşı xatırlayıram ki, Leão, Bennacer və Theo Hernandez üçün sövdələşmələr düzgün qiymətləndirilmədi. Mənə dedilər ki, yay üçün transfer büdcəsi az olacaq. mən gedəndən sonra isə bu, ikiqat artıb”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest